Qazaxıstandan Azərbaycana aviareyslər bərpa olunur - RƏSMİ

13 Yanvar 2022

Azərbaycan və Qazaxıstan arasında hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa olunur.

Heydər Əliyev Beynəlxalq Hava Limanından Heftelik.az-a verilən məlumata görə, bu gün Bakı vaxtı ilə saat 12:55-də Nur-Sultan-Bakı istiqaməti üzrə uçan təyyarə Bakıya eniş edəcək. Reys Qazaxıstanın "Air Astana" şirkəti tərəfindən yerinə yetirilir.

BUNA DA BAX: Avtovağzallar gücləndirilmiş iş rejiminə keçdi

Qeyd olundu ki, bu istiqamət üzrə ən yaxın reys yanvarın 16-da yerinə yetiriləcək və təyyarə Bakıda saat 21:50-ə eniş edəcək.

Hava limanından bildirilib ki, bu həftə cədvələ görə, Almatı-Bakı istiqaməti üzrə üç reysin həyata keçirilməsi nəzərdə tutulub – cümə axşamı, cümə və bazar günləri. Lakın onların yerinə yetirilib-yetirilməyəcəyi barədə dəqiq məlumat yoxdur: "Bu reyslər cədvəldə nəzərdə tutulub, lakin onların yerinə yetirilməsi barədə dəqiq bir məlumat yoxdur. Çox güman ki, bu reyslər yenidən təxirə salınacaq".
Top