Avtobuslarda tibbi maska taxılmasına dair növbəti addım

14 May 2020

İctimai nəqliyyatda koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərdən irəli gələn məsələlərin həlli ilə bağlı tədbirlər planı hazırlanıb və buna uyğun olaraq addımlar atılmaqdadır.

Heftelik.az-ın Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən verdiyi məlumata görə, bu çərçivədə daşıyıcılara da məktub ünvanlanıb və onların qarşısında tapşırıqlar qoyulub.

BUNA DA BAX: "Bakı Metropoliteni"ndən sərnişinlərə müraciət – Qadağalar açıqlandı

Eyni zamanda göstərişlərdə əksini tapan bir çox məsələlərin həlli ilə bağlı əvvəlcədən BNA tərəfindən tədbirlər görülüb: “Avtobuslarda, dayanacaqlarda və nəqliyyat mübadilə mərkəzlərinin ərazisində sosial məsafənin qorunması, maska taxılmasını və piyada gəzməyi təşviq edən maarifləndirmə materiallarının yerləşdirilməsi ilə bağlı da tədbirlər həyata keçirilir. Hələ pandemiyanın ilk günlərində əhalinin sanitar-gigiyenik maarifləndirməsi işləri çərçivəsində bu sadalanan istiqamətlərdə ciddi işlər görülüb".

Şərh vermək üçün giriş edin
Top