Məşhur avtomobil şirkətindən gözlənilən addım

27 May 2020

Fransanın “Renault” avtomobil şirkəti koronavirus (COVID-19) pandemiyası nəticəsində avtomobillərə tələbat azaldığı üçün xərclərini azaltmaq məqsədilə 5 min iş yerini ixtisar edəcək.

Heftelik.az-ın xəbərinə görə, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

BUNA DA BAX: Azərbaycanda avtomobil üçün “Mobil notariat"la etibarnamə verilməsinə başlandı

Məzuniyyətə çıxan işçilərə məxsus ştatlar ləğv ediləcək. Bununla bağlı planlar mayın 29-da açıqlanacaq.

Xatırladaq ki, “Renault”un maliyyə durumu pandemiyadan öncə də pis olub. Apreldə "Renault" markalı yeni avtomobillərin satışının 76,3% azaldığı açıqlanmışdı.

Fransa prezidenti Emmanuel Makron isə hökumətin avtomobil sənayesinin dəstəklənməsinə 8 milyard avro vəsait ayırmaq niyyətində olduğunu açıqlayıb.

Şərh vermək üçün giriş edin
Top