Bakıda metro və avtobuslarla sərnişindaşıma dayandırılacaq

04 İyun 2020

Metro və avtobuslarla müntəzəm və ekspres xətlər üzrə sərnişindaşıma fəaliyyəti müvəqqəti dayandırılacaq.

Heftelik.az-ın xəbərinə görə, "Bakı Metropoliteni" QSC Nazirlər Kabinetinin 04 iyun 2020-ci il tarixli “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarının 1.3 maddəsinə uyğun olaraq, 6 iyun saat 00:00-dan 8 iyun 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılacağı barədə məlumat yayıb.

BUNA DA BAX: Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunda həftə sonları evdən çıxmaq qadağan edildi - RƏSMİ

Bakı Nəqliyyat Agentliyi (BNA) isə 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı şəhərində müntəzəm və ekspres xətlər üzrə sərnişindaşımaların tam dayandırılacağını açıqlayıb: “BNA sərt karantin rejimi müddətində əməkdaşlarının daşınması üçün nəqliyyat xidmətlərinə ehtiyacı olan müəssisə və təşkilatlara müvafiq dəstək göstərilməsinə hazırdır. Lakin daşımaları daxili imkanlar hesabına tənzimləyə bilməyən müəssisə və təşkilatlar ciddi zərurət olduğu halda Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etməlidir. Yalnız Operativ Qərargahın müvafiq tapşırığı əsasında nəqliyyat xidmətlərinin göstərilməsi təmin olunacaq”.

m 2

Şərh vermək üçün giriş edin
Top