“Bibiheybət yolu” açıldı

24 İyun 2020

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yol açılıb.

Heftelik.az-ın məlumatına görə, bunu APA-ya açıqlamasında  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

BUNA DA BAX: Sərtləşdirilmiş xüsusi karantində fərdi avtomobildən istifadə qaydası necə olacaq? – Yol polisindən izah

Yol dünən gecədən istifadəyə verilib: “Dünən gecə yol asfaltlandıqdan sonra istifadəyə verilib. Yoldan şəhərə giriş-çıxış tam bərpa olunub”.

Qeyd edək ki, 2019-cu il noyabrın 24-də Bakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında torpaq sürüşməsi olub və yol yararsız vəziyyətə düşüb. Hadisə şəhərin mərkəzinə doğru gedən istiqamətdə baş verib. Nəticədə yolun asfalt qatı dağılıb. Uçqun təxminən 250-300 metrlik ərazini əhatə edib.

Şərh vermək üçün giriş edin
Top