Naxçıvana təyyarə reysləri artırılacaq

08 Avqust 2020

“Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın zamanlarda qərar qəbul ediləcək”.

Heftelik.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

BUNA DA BAX: Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək

Ş. Mövsumov deyib ki, rayonlara açılış baş verəndə beynəlxalq uçular da müvafiq istiqamətlərdə bərpa ediləcək: “Biz hələ heç bir ölkə ilə sərhədlərimizi açmamışıq”.

Top