Lisenziyası olanlar həftəsonu taksi fəaliyyəti ilə məşğul ola biləcək - DİN Nəqliyyat Nazirliyini təkzib etdi - YENİLƏNİB

20 Noyabr 2020

"Həftəsonu yalnız lisenziyası olan şəxslər və şirkətlər taksi fəaliyyəti ilə məşğul ola biləcək".

Heftelik.az-ın məlumatına görə, bunu Daxili  Mətbuat xidmətinin rəhbəri, polkovnik Ehsan Zahidov APA-ya açıqlamasında bildirib.

O bildirib ki, rəsmi icazəsi olmayan şirkətlər isə həftəsonu fəaliyyət göstərə bilməzlər.

***

saat 12.30

Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində həftəsonları taksilər fəaliyyət göstərməyəcək.

Heftelik.az-ın məlumatına görə, bunu APA-ya Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova bildirib.

BUNA DA BAX: Sürücü hazırlığında yenilik

Onun sözlərinə görə, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, fəaliyyətinə icazə verilən sahələr sırasında taksi xidmətinin olmaması bunu deməyə əsas verir.

"Fəaliyyətinə icazə verilən sahələr siyahısında taksi fəaliyyəti yer almayıb. İcazə verilməyənlərin siyahısında da ictimai nəqliyyat xüsusi qeyd olunub və taksi də ictimai nəqliyyatın bir növü olduğu üçün biz Operativ Qərargahın müvafiq qərarlarına istinad edib, deyirik ki, işləməyəcək", - G. Gözəlova qeyd edib.

Top