Lari sürətlə ucuzlaşır

26 İyun 2019

 

Gürcüstanın milli valyutası ucuzlaşır.

Heftelik.az-ın məlumatına görə, Gürcüstan Milli Bankının bu gün açıqladığı rəsmi kursa əsasən, 1 dollar 2,8470 laridir.

Bu, ötən günlə müqayisədə larinin 0,5 faiz ucuzlaşması deməkdir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin iyunun 21-də Rusiya aviaşirkətlərinin iyulun 8-dən Gürcüstana uçuşlarının dayandırılması barədə fərman imzalayıb, turizm şirkətlərinə və agentlərinə Gürcüstana turist göndərişləri satmamaq tövsiyə olunub. Gürcüstana gələn hər 5 turistdən biri isə rusiyalıdır. Keçən il rus turistlərin xüsusi çəkisi 21 faiz olub.

Bu fərman imzalandıqdan sonra ötən müddət ərzinlə lari 2,4 faiz ucuzlaşıb. Ancaq Gürcüstanın iqtisadiyyat naziri Natiya Turnava iyunun 25-də bildirib ki, milli valyutanın zəifləməsi Rusiyanın turist embarqosu ilə bağlı deyil, bu, larinin kursunda qısamüddətli dəyişmədir. N. Turnava hesab edir ki, Rusiyanın qərarı uzun müddət larinin kursuna təsir edə bilməz.

Top