Azərbaycanda elektron səhm mağazası yaradılacaq

23 İyun 2020

Azərbaycanda səhm almağa imkan yaradacaq elektron mağaza yaradılacaq.

Heftelik.az-ın məlumatına görə, bunu APA-ya "Investme" layihəsinin rəhbəri Emin Sultanov deyib.

BUNA DA BAX: Azərbaycan manatının real effektiv məzənnəsi

Onun sözlərinə görə, mağaza investor və sahibkarlar arasında investisiya əlaqələrini yaxşılaşdırmaq məqsədilə yaradılan "investme.az" onlayn platforma çərçivəsində fəaliyyət göstərəcək: "Birjanın necə işlədiyini, səhmləri necə alacağını bir o qədər dərindən bilməyən, lakin vəsaitini yatırmaq istəyən müştərilər sözügedən platforma vasitəsilə istədiyi şirkətin səhmlərini əldə edə biləcək. Əlbəttə, bu əməliyyatları aparmaq üçün zəruri olan hüquqi və maliyyə komponentlər mövcuddur. Məhz buna görə də bu layihədə tərəfdaş qismində “BTB Capital Investment” investisiya şirkəti çıxış edir".

Layihə rəhbəri onu da əlavə edib ki, elektron mağaza vasitəsilə müştərilər həm yerli, həm də ABŞ, Avropa və Türkiyə şirkətlərinin səhmlərini ala biləcək.

Şərh vermək üçün giriş edin
Top