Qızıl rekord həddə bahalaşdı

24 İyun 2020

Yeni növ koronavirusun (COVID-19) yayılmasının sürətlənməsi fonunda qızıl fyuçerslərinin qiyməti son 8 ildə ən yüksək həddə çataraq, bir unsiyaya görə 1 780 ABŞ dolları təşkil edib.

Heftelik.az-ın məlumatına görə, qiymət artımı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19-a yoluxanların rekord səviyyəyə çatması haqqında açıqlamasında sonra baş verib.

BUNA DA BAX: Azərbaycanda elektron səhm mağazası yaradılacaq

 
Qeyd edək ki, qiymət artımı davam edir və hazırda COMEX-də qızılın bir unsiyasının qiyməti 1791,8 dollar təşkil edir.
Şərh vermək üçün giriş edin
Top