Qızılın qiymətində növbəti rekord

08 İyul 2020

Dünya birjalarında qızıl və gümüş bahalaşıb.

Heftelik.az-ın məlumatına görə, bu gün saat 17.00-a qızıl 0.49 faiz bahalaşıb və 1 unsiyası 1803.69 dollara təklif edilərək qiymətində yeni rekorda çatıb.

Bu, 21 sentyabr 2011-ci ildən bəri qeydə alınmış ən yüksək qiymətdir.

BUNA DA BAX: Neft ucuzlaşır

Gümüş isə 0.46 faiz bahalaşıb və 1 unsiyası 18.79 dollara satılıb.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

Top