Neft ucuzlaşır

22 Sentyabr 2020

Neft ucuzlaşıb.

Heftelik.az-ın məlumatına görə, bu gün saat 11.00-a WTİ markalı neft 0.10 faiz ucuzlaşıb və bir bareli 39.27 dollara satılıb.

BUNA DA BAX: Azərbaycanda işsizlər üçün sığorta ödənişi belə hesablanacaq - YENİ QAYDA

“Brent” markalı neft isə qiyməti dəyişməyib və bir bareli 41.44 dollara təklif olunub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti  isə 2,19 ABŞ dolları, yaxud 5,02% azalıb.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

 
Top