Neft bahalaşır

17 Dekabr 2020

Neft yenidən bahalaşır.

Heftelik.az-ın məlumatına görə, bu gün saat 10.00-a WTİ markalı neft 1.17 faiz bahalaşıb və bir bareli 48.38 dollara satılıb.

BUNA DA BAX: Azərbaycanla Türkiyə arasında yeni qaz xəttinin tikintisinə dair memorandum imzalandı

“Brent” markalı neft isə 1.08 faiz bahalaşıb və bir bareli 51.63 dollara təklif olunub.

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti də artıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,08 ABŞ dolları və ya 0,16% artaraq 51,52 dollar təşkil edib.

Top