Bakıda məşhur restoranlar şəbəkəsində kuryoz olay

29 Yanvar 2020

Müştəri “Özsüt” restoranlar şəbəkəsinin “Gənclik Mall”da yerləşən filialından şikayətlənir.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, şikayətini sosial şəbəkə vasitəsilə yayan qadın restoranda yediyi pizzadan kauçuk çıxdığını bildirib.

BUNA DA BAX: Tikinti şirkətlərinə yarım milyonluq cərimə

Onun sözlərinə görə, restoran əməkdaşlarına etirazını bildirsə də, heç bir tədbir görülməyib.

Məsələ ilə bağlı restorandan “Report”a bildirilib ki, şikayət olması barədə İdarə Heyətinə məlumat verilməyib:

“Belə bir hal baş verərsə, müştəridən hesab alınmır”.

 

 

Şərh vermək üçün giriş edin
Top