Süni mayalanma mərkəzi yüksək məbləğdə cərimələndi

11 Fevral 2020

Azərbaycanda süni mayalanma fəaliyyəti ilə məşğul olan Bahçeci Bakı Tibb Mərkəzi ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına görə inzibati qaydada 8 min manat cərimə edilib.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, Səbail Rayon Məhkəməsi şirkəti İnzibati Xətalar Məcəlləsinin 275.2-ci (ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə) maddəsi ilə təqsirli bilib.

BUNA DA BAX: Elza Seyidcahanın döyülməsinə DİN-dən reaksiya

Bahçeçi Bakı Tibb Mərkəzi məhkəmənin bu qərarından apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, Bahçeçi Bakı Tibb Mərkəzi 7 ölkədə 13 mərkəzlə Tükiyə, Yaxın Şərq və Balkan ölkələrinin ən böyük süni mayalanma zənciri olan "Bahçeci Sağlık Grubu"na aiddir.

Tibb Mərkəzi türkiyəli professor-doktor Mustafa Bahçecinin rəhbərliyi ilə Azərbaycanda Mərkəzi Gömrük Hospitalı ilə ortaq fəaliyyət göstərir.

Şərh vermək üçün giriş edin
Top