Elçin Babayev mühafizəyə yarım milyon ayırır

14 Fevral 2020

Bakı Dövlət Universitetinin tədris binaları və inzibati binasının 2020-ci il üzrə mühafizəsi xidmətlərinin satın alınması ilə əlaqədar elan etdiyi tenderin nəticəsi məlum olub.

Heftelik.az-ın məlumatına görə, tenderin qalibi “GESCO” Açıq Səhmdar Cəmiyyəti (ASC) olub.

BUNA DA BAX: Bakıda məşhur restoranlar şəbəkəsində kuryoz olay

Bağlanmış müqaviləyə əsasən, Bakı Dövlət Universiteti tədris binaları və inzibati binasının 2020-ci il üzrə mühafizəsi üçün “GESCO” ASC-yə 491 min 352 manat ödəyəcək.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevdir.

Şərh vermək üçün giriş edin
Top