Azərbaycanda tibbi maska istehsal edəcək müəssisənin işə başlayacağı tarix açıqlandı

24 Mart 2020

Martın sonunadək, təqribən 1 həftəyə Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq.

Heftelik.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

BUNA DA BAX: Azərbaycanda daha 15 nəfər koronavirusa yoluxdu

O qeyd edib ki, müəssisənin gündəlik maksimal istehsal gücü 200 min maskadır: “Son 1 ayda Azərbaycanda ən çox maska satılan gün 200 - 210 min ədəd olub. Odur ki, gündəlik 200 min maska istehsalı tələbatı ödəniləcək”.

İ.Məmmədov əlavə edib ki, paralel olaraq idxal və depolarda ehtiyatlar da var.

Şərh vermək üçün giriş edin
Top