Nazirlikdən xəbərdarlıq

16 Aprel 2020

İqtisadiyyat Nazirliyi koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar maliyyə dəstəyi göstərilmiş sahibkarlıq subyektlərində işçi saylarının ixtisarına yol verilməməsi haqqında xəbərdarlıq edib.

Heftelik.az-ın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, koronavirus (COVİD-19) pandemiyasının yaratdığı mövcud şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşılmalı, işçilərin ixtisarı və əmək haqlarının azaldılması hallarına yol verilməməlidir.

BUNA DA BAX: 190 manat alan şəxslərin övladlarının təhsil haqqı da ödəniləcək – RƏSMİ

“Pandemiya ilə əlaqədar dövlətdən maliyyə dəstəyi almış vergi ödəyiciləri tərəfindən işçi saylarının azaldılmaması ciddi nəzarətdə saxlanılır və belə hallara yol verildiyi təqdirdə həmin ödəyicilərə qarşı müvafiq tədbirlər görüləcək”, - deyə məlumatda qeyd edilib.

Top