Qərargah: Böyük ticarət mərkəzlərinin bu ayın sonuna açılması gözlənilmir

09 May 2020

“Böyük ticarət mərkəzlərinin açılması gündəmdədir. Bu məsələ müzakirə olunur. Gələcək günlərdə açılmasını gözləmək olar. Lakin böyük ehtimalla, onların bu ayın sonuna açılması gözlənilmir”.

Heftelik.az-;n məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı  bildirib.

BUNA DA BAX: Sahibkarlıq subyektləri üçün yeni sosial sığorta haqları müəyyən olundu

 
R. Bayramlı deyib ki, ticarət mərkəzləri açılsa belə, bəzi məhdudiyyətlərə və qaydalara əməl edilməlidir: “Məsələn, ticarət mərkəzlərindəki uşaq əyləncə mərkəzləri, qida bölmələri kimi yerlərin fəaliyyətinə məhdudiyyətlər qoyula bilər”.
Top