Azərbaycanlı məmurun Çexiyada şirkəti aşkarlandı - SƏNƏDLƏR

05 İyul 2020

Azərbaycanlı mımurun Çexiyada biznesi aşkarlanıb. 

Heftelik.az-ın məlumatına görə, bu barədə araşdırmaçı jurnalist Cavanişir Həsənli "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb. 

BUNA DA BAX: Avropa ölkəsindən Azərbaycana qoyun gətirmək qadağan edildi

C. Həsənli yazıb ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda Hacıqulu Sadıqov adında bir idarə rəisi var, 3 il əvvəl xoşagəlməz əməllərinə görə Energetika Nazirliyindəki işindən azad edilib: "Nazirlikdə Dövlət Qaz Nəzarət İdarəsinin rəisi idi. Amma deputat Mahir Abbaszadə Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna direktor təyin olunanda onu Fondun Texniki Nəzarət Qruplarının işi üzrə Əlaqələndirici İdarənin rəisi təyin edib.
Adam Çexiyada daşınmaz əmlak şirkəti açıb, evlər alıb. Şirkətinə də bir hissəsi hələ də işğal altında olan Füzuli rayonunun adını qoyub. Yəni "torpaq həsrəti" "Qaçqınkom" məmurunu Praqaya qədər aparıb çıxarıb.
Sənədlərə görə Bakı şəhəri Nərimanov 77/44-də yaşayan 1959-cu il təvəllüdlü Hacıqulu Sadıqov FÜZULİ SRO şirkətini 2016-cı ilin martında Prag, Modřany, Na schoddkách 134/6 ünvanında qeydiyyatdan keçirib. Hacıqulu Sadıqov Çexiyadakı şirkətini idarə etmək üçün Praqada yaşayan Həsən Hüseynov adlı şəxsə etibarnamə verib".

2

3

4

Top