Kafe və restoranlar açılır - Rayonlararası gediş-gəliş barədə də qərar veriləcək

08 Avqust 2020

Növbəti həftələrdə, avqustun 17-dən açıq havada kafe və restoranlar açıla bilər.

Heftelik.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

BUNA DA BAX: Azərbaycanda son sutkada 129 nəfər koronavirusa yoluxdu - 4 nəfər vəfat edib

Ş. Mövsumov deyib ki, ondan sonrakı həftə rayonlararası gediş-gəlişin açılması müzakirə edilir: “Bunlar sanitar-epidemioloji qaydalara əməl etməkdən asılıdır. Bu qaydalara əməl etməsək, nəzərdə tutulan açılışları daha sonraya saxlamalı olacağıq, ya da ümumiyyətlə buna getməyəcəyik”.

Top