Bakı Şəhər İcra Hakimiyyəti sahibsiz itlərə 40 min manatlıq dərman alır

01 Sentyabr 2020

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamentinin Sanitariya və texniki təmizlik idarəsi Sahibsiz itlərə 37 min 357.82 manat dəyərində dərman preparatlarının satın alır.

Heftelik.az-ın məlumatına görə, bununla əlaqədar elan edilən tenderin qalibi "SOLAMEDICAL" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

BUNA DA BAX: AMEA-nın muzeyi 40 min manatlıq çılçıraq aldı

Sanitariya və texniki təmizlik idarəsi və şirkət arasında bağlanan müqavilə 27 avqust-30 dekabr 2020-ci il tarixləri əhatə edir.

it

it derman

Top