Əli Həsənovun ailəsinə məxsus 6 şirkət ləğv olunur

13 Yanvar 2021

Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun ailəsinə məxsus “Bakı 24”, “Kaspi AZ”, “Mətbuat Evi”, “Golden Prince”, “Global Advertisment” MMC-lər, eləcə də “Kaspi Co” MTK ləğv olunduğunu elan edib.

Heftelik.az-ın məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elanlar yerləşdirilib.

BUNA DA BAX: Avtomobil saxladığın anda 1 manat verməlisən... - Cavid Qurbanovdan ağılalmaz biznes planı

Kreditorlar 2 ay ərzində tələblərini şirkətlərin dövlət qeydiyyatına alındığı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, həmin şirkətlərin rəhbərləri  Ə.Həsənovun həyat yoldaşı Sona Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyevdir. 

Top