Neftin qiyməti 20 dollara düşə bilər

09 Mart 2020

“Goldman Sachs” Bankının analitikləri neftin ucuzlaşması prosesinin davam edəcəyini proqnozlaşdırır.

Heftelik.az-ın məlumatına görə, analitiklər bazardakı dəyişkənliyi nəzərə alaraq, neftin qiymətinin bir barel üçün  20 dollaradək düşəcəyini ehtimal edirlər.

BUNA DA BAX: Neft rekord səviyyədə ucuzlaşdı -  “Brent”in qiyməti 33.51 dollara düşdü

Bunun əsas səbəbi Rusiyanın OPEC-lə neft hasilatının azaldıması ilə bağlı razılığa gəlməməsidir. Bundan əvvəl “qara qızıl” bazarına dünyada sürətlə yayılmış koronavirus zərbə vurmuşdu.

Qeyd edək ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 26,31% azalaraq 1 barelə görə 33,36 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 27,86% azalaraq 29,78 dollar təşkil edib.

Şərh vermək üçün giriş edin
Top