ABŞ-dan dollarla bağlı qərar

16 Mart 2020

ABŞ-ın Mərkəzi Bankı səlahiyyətlərini icra edən Federal Ehtiyat Sistemi (FED) koronavirus səbəbindən yarana biləcək risklərlə mübarizə üçün baza faiz dərəcəsini, demək olar ki, sıfıra endirib.

Heftelik.az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Açıq Bazarlarda Əməliyyat üzrə Federal Komitənin yaydığı açıqlamada bildirilir.

BUNA DA BAX: Elman Rüstəmov hökumətin "B" planından danışdı

"Koronavirusun fəsadları qısa müddətdə iqtisadi fəallığa təsir göstərəcək və bu, iqtisadi perspektivlər üçün təhlükə yaradır. Hadisələrin belə inkişaf etməsi fonunda komitə federal fond dərəcəsinin hədəf səviyyəsini 0-0,25%-ə endirmək qərarına gəlib", - deyə açıqlamada qeyd olunub.

Şərh vermək üçün giriş edin
Top