Azərbaycanda Aİ-95 benzin niyə bahalaşdı? - SƏBƏB

01 İyul 2020

Bu gündən Azərbaycanda Aİ-95 ("Premium") markalı benzin bahalaşıb.

Heftelik.az-ın "SOCAR Petroleum"-a istinadən verdiyi məlumata görə, Aİ-95 markalı yanacaq 0,10 manat bahalaşaraq 1,20 manat olub.

BUNA DA BAX: Işçi sayına məhdudiyyət tətbiq edilən fəaliyyət sahələri - CƏDVƏL

"Bahalaşma bu markalı benzinin xaricdən alış qiymətinin artması ilə əlaqədardır", - şirkətdən qeyd ediblər.

Qeyd edək ki, Aİ-95 markalı benzinin qiyməti mayın 1-də 1,20 manatdan 1,10 manata endirilmişdi.

Xatırladaq ki, sözügedən "Premium" markalı benzin Azərbaycanda istehsal olunmadığından xaricdən alınır.

Şərh vermək üçün giriş edin
Top