Günəş paneli – Gələcəyin seçimi

10 Sentyabr 2020

Günəş paneli – Gələcəyin seçimi

Dünya, üzərinə düşən günəş şüalarından çox dünyadan əks olunan günəş şüalarıyla istilənər. Bu əks olunan şüalar başda karbon-4-oksid və su buxarı olmaq üzrə atmosferdə olan qazlar tərəfindən tutulur, beləcə yerdə istiləşmə prosesi gedir. Şüaların bu qazlar tərəfindən tutulmasına istixana təsiri deyilir. Atmosferdə bu qazların miqdarının artması Yer kürəsində istiləşməni artırar.

Hesablamalara görə, 21-ci əsrdə, ortalama hava istiliyinin 1.4 °C ilə 5.3 °C arasında artacağı, buzlaqların əriməsiylə dənizlərin 8-88 sm-ə qədər yüksələcəyi, uzun vədədə dünyanın fiziki quruluşunda geri çevrilməsi olmayan dəyişikliklər ortaya çıxacağı, Afrika qitəsində əkinçilik məhsulunun düşəcəyi, ortalama illik yağıntı miqdarının azalacağı, su çətinliyi müşahidə olunacağı, Asiya qitəsində quraq və tropik bölgələrdə yüksək istilər, sellər və torpaq pozulması, şimal bölgələrində isə əkinçilik məhsulunda artım görüləcəyi, tropik qasırğaların artacağı, Avropa qitəsində cənub bölgələrinin quraqlığa meylli hala gələcəyi, Alp Dağları buzlaqlarının yarısının 21ci əsrin sonunda yox olacağı və əkinçilik məhsulunun azalacağı, Şimali Avropada isə əkinçilik məhsulunun artacağı, Latın Amerikasında quraqlıq olacağı, sellərin çox sıx təkrarlanacağı, əkinçilik məhsulunun azalacağı, Şimali Amerikada əkinçilik məhsulunun artacağı, xüsusilə Florida və Atlantik sahillərində dəniz səviyyəsinin yüksələcəyi, böyük dalğaların meydana gələcəyi və sellərin görülə biləcəyi, qızdırma və qızdırma kimi xəstəliklərin artacağı, istilik və nəm artımıyla ölüm nisbətinin artacağı, Qütb bölgələrdə buzlaqların əriyəcəyi, bitki və heyvan növlərinin sayının təsirlənəcəyi müşahidə oluna bilər. Buzlaqların əriməsiylə əlaqəli olaraq dəniz səviyyəsi hər il 0.5 sm-ə qədər yüksələcəyindən, gələcək 100 il içərisində mərcan qayalıqlarının zərər görəcəyi də bildirilir. Qlobal istiləşmədə ən təsirli qaz olan karbon-4-oksid emisyonlarını  % 5 nisbətində azaltmaq üçün bütün ölkələrin təbiətə təsir etməyən yeni sənaye siyasətinə üstünlük verməsi zəruridur. Bu istiqamətdə isə bərpa olunan enerji mənbələrinə diqqətin artması qaçılmazdır.

Beynəlxalq Enerji Agentliyinin (BEA) verdiyi məlumata əsasən dünyada sərf olunan ererjinin 66%i üzvi yanacağın payına düşür ki, bunun da əsas hissəsini kömür təşkil edir(40.8%). Bərpa olunan enerji mənbələrinə düşən pay isə cəmi 2.8% dir. Günəş modulları isə bu payın 0.6%ni bölüşdürür. Günəş texnologiyalarının ildən ilə tərəqqisi bu sahənin energetika sənayesində iştirakına tələbatı artırır. Günəş enerjisinin üstünlüklərini aşağıdakı kimi təsnif etmək mümkündür:

- Xarici təsirlərdən asılılığın olmaması;

- İstehsal və quraşdırma xərci istisna olmaqla ucuz bir enerji mənbəyi olması;

- Nəqletmə, daşınma, ötürülmə probleminin olmaması;

- Tükənməyən və ekoloji təmiz enerji mənbəyi olması;

- Enerjinin istifadə edilmədiyi zaman günəş gücünün xüsüsi yolla yığılıb saxlanması;

- Hökümət və təşkilatlar tərəfindən günəş enerjisi istifadə edən evlərə və ya ərazilərə ətraf mühitin qorunmasında iştirakına görə güzəştlərin edilməsi;

- Günəşdən alınan artıq enerji qalığının elektrik şəbəkəsinə satılma imkanı;

Günəş enerjisi universaldır və hər yerdə mövcuddur. Lakin yerlərdən fərqli olaraq yer səthində günəş enerjisi müxtəlif miqdarda paylanır. Əgər yer səthinə düşən günəş enerjisinin 0.0125 faizini istifadə etsək neft, qaz, daş kömür və digər yanacaq ehtiyatlarından çox enerji əldə etmək olar. Əsasən günəşli ölkələrdə tətbiq olunan günəş panelindən istifadə Azərbaycanda da inkişaf etdirilməkdədir. İl ərzində ən azı 300 günəşli günün olduğu Azərbaycanda hər km2-ə düşən günəş enerjisinin miqdarı 1500-2000kVt/s təşkil edir.

Günəş panelindən maksimun elektrik enerjisi almaq üçün günəşli hava daha yaxşıdır. Amma bu o demək deyil ki, buludlu, yağışlı havada enerji istehsal edilməyəcək. Günəş panelləri ən buludlu havada belə 50 faiz güclə işləyir.

Azərbaycanda Günəş panelləri

Azərbaycanda günəş panelləri Sumqayıt şəhərinin yaxınlığında yerləşən “Azgüntex” zavodunda istehsal edilir. Burada il ərzində 100 min ədəd günəş paneli istehsal olunur. Panellərin yığılması üçün lazım olan zəruri xammal xarici ölkələrdən gətirilir. Günəş panellərinin istehsalı üçün Avropa ölkələrindən 14 adda xammal alınır. Panellərin hücrələri Tayvan, şüşə və profillər Türkiyə istehsalıdır. Digər xammalı isə Avropa ölkələrindən, əsasən də, Niderland, Almaniya, Fransa kimi ölkələrdən alınır. İstehsal prosesində birinci əsas xammal olan şüşə yuyulur və yuyulduqdan sonra onun üzərinə etil və vinil maddələri çəkilir. Bundan sonra robotlar vasitəsilə hücrələrin yığılması prosesi gedir. Daha sonra yığılmış panellərin lehimlənməsi və onların bişməsi prosesi aparılır. Ən sonda “Glukson” firmasının tester aparatında panellərin bütün fiziki, mexaniki göstəricilərinin yoxlanılmasından sonra məhsula etiket vurulur. Beləliklə, panellər satışa hazır vəziyyətə gətirilir.

Zavodun illik istehsal gücü 60 meqa/vattdır. Zavodda 2 xətt mövcuddur. 1 meqa/vatt isə 4000 ədəd panel deməkdir.

Zavod istehsal etdiyi günəş panelləri ilə Respublikanın bu qurğulara olan tələbatını tam şəkildə ödəyir. Hətta “Azgüntex” zavodunun elektrik enerjisinə olan tələbatının bir hissəsi burada hazırlanan günəş panelləri hesabına qarşılanır. Zavodun həyətində quraşdırılmış 300 ədəd panel müəssisənin enerji tələbatının 2/3 hissəsini ödəyir

Müəssisənin hazırladığı panellərdən əsasən, ölkə ərazisində fəaliyyət göstərən irihəcmli günəş-elektrik stansiyalarında, həmçinin paytaxtda və bölgələrdə yerləşən sosial obyektlərdə istifadə olunur. Gələcəkdə hazırladığımız panellərin xarici ölkələrə satılması da gözlənilir.

Zavod istehsal etdiyi modullara 25 il zəmanət verir.

 

Vətəndaş günəş panelinin quraşdırılması üçün nə etməlidir?

 

Enerji təchizatında məhdudiyyətlər olduğu halda və ya özlərini müstəqil olaraq elektrik enerjisi ilə təmin etmək istəyi olan hər bir Azərbaycan vətəndaşı sərbəst, heç bir problem və əngəl olmadan evinin damında, həyətində və ya təsərrüfat sahəsinə kiçik bir elektrik stansiyası quraşdıra bilər.

Qeyd etmək lazımdır ki, hazırda respublikada 150 kVt gücünədək günəş foto-elektrik panellərinin istifadəsi üçün heç bir xüsusi icazə lazım deyil. Lakin 150 kVt həddindən çox böyük gücdür. Adi yaşayış evlərinin elektrik enerjisi ilə təmin edilməsi üçün 3-4 kVt gücündə günəşlə işləyən qurğuların quraşdırılması yetərlidir. Belə bir elektrik stansiyasını işlətmək üçün abonent (fiziki və ya hüquqi şəxs) sadəcə müqaviləni yeniləmək və yeni sayğac almaq üçün "Azərişıq" ASC-ə a müraciət etməli olacaq.

Qoyuluş gücü 3 kVt olan elektrik stansiyanın quraşdırılması təxminən 3 750 manata başa gələ bilər, bu da ildə 4 min. kVt-saat elektrik enerjisinin (fiziki şəxslər üçün 440 manat dəyərində – 1 kVt-saatı 11 qəpikdən hesablama şərti ilə, hüquqi şəxslə üçün 360 manat – 1 kVt-saatı 9 qəpikdən hesablama şərti ilə) istehsalı üçün imkan yaradır.

Yəni il ərzində istifadəçilər günəş panellərinin quraşdırılmasına xərclədiyi vəsaitin 10%-i dəyərində enerji əldə edə bilirlər. Bu da o deməkdir ki, 10 il ərzində istifadəçi tərəfindən qoyulan investisiya özünü doğruldacaq. Sonrakı istismar dövründə isə (10-15 il və ya daha uzun müddət ərzində) qurğunun işlənilməsi istifadəçiyə qazanc gət

Top