Azərbaycanla Türkiyə arasında yeni qaz xətti çəkiləcək

15 Dekabr 2020

Bu gün "Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına Türkiyə Respublikasından təbii qazın tədarükünə dair Anlaşma Memorandumu" imzalanacaq.

Heftelik.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Memorandum Türkiyə-Naxçıvan qaz xəttinin tikintisi məsələsini əhatə edir.

BUNA DA BAX: Azərbaycanda bu ərazilərdə bərpa olunan enerji stansiyaları tikiləcək

Qeyd edək ki, Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkəti hələ yayda İqdır-Naxçıvan qaz kəmərinin tikintisi çərçivəsində tədqiqat və mühəndislik işlərini aparacaq şirkətin seçimi üzrə tender elan edib. Məlumata əsasən, tender diametri 12 düym, uzunluğu isə təxminən 82 km olacaq qaz kəməri üzrə ərazi-tədqiqat, xəritə və müfəssəl mühəndislik işlərini əhatə edir. İşlər 270 gün ərzində həyata keçirilməlidir.

Xatırladaq ki, hazırda Naxçıvan Muxtar Respublikasının qazla təminatı İranla svop əməliyyatları əsasında həyata keçirilir.

Top