“CBC TV Azerbaijan” kanalının Top 10-luğu

07 Oktyabr 2021


 Azərbaycanın ilk beynəlxalq televiziyası olan CBC telekanalının yaradıcı və texniki potensialı ən müxtəlif  janrlarda keyfiyyətli və reytinqli proqramlar hazırlamağa imkan verir.

Telekanaldan Heftelik.az-a verilən məlumata görə, məlumdur ki, telekanalın uğurlu fəaliyyətinin vacib göstəricilərindən biri də onun internet platformasında mövcud olan müxtəlif sosial şəbəkələrdəki auditoriyasının baxış sayıdır.

Məhz bu səbəbdən də hazırlanan verilişlərin populyarlığı artdıqca, telekanalın “Youtube” platformasındakı “CBC TV Azerbaijan” kanalının Top 10-luğu yaradılıb. Həmin Top 10-luğun ilk pilləsində, 80 video və 16 min 60 nəfər izləyicisi olan “Это Азербайджан» verilişi yerləşir. Verilişdə Azərbaycan və onun tarixi-mədəni irsi haqqında bəhs edilir. Verilişin müəllifi və aparıcısı CBC telekanalının kəşf etdiyi potensiallı kadrlardan biridir. O telekanalda əvvəl səs rejissoru kimi fəaliyyətə başlayıb. Daha sonra fərqlənməyi bacardığı üçün hazırda müxbir – aparıcı kimi fəaliyyətini davam etdirir.
 İkinci yerdə, pleylistdə 32 videosu və 14 min 374 nəfər izləyici sayı ilə, hərbi-vətənpərvərlik mövzsuna həsr olunan, ölkəmizin hərbi gücünü nümayiş etdirməyə xidmət edən “Служу Родине” verilişi yerləşib.
 Üçüncü pillədə, Azərbaycanın arxeoloji və tarixi abidələrinə həsr edilən “Артефакты Кавказа” adlı veriliş durur. Verilişin “Youtube” platformasında cəmi 14 buraxılışı mövcud olsa da, onların baxış sayı artıq 12 min 505 nəfərə çatıb.
 Pleylistində  529  videosu və 11 min 75 nəfər izləyicisi olan “Актуально сегодня” adlı ictimai-siyasi veriliş isə TOP 10-luğun dördüncü pilləsində yer alıb.
 Onun ardınca 179 buraxılış videosu və 9 min 613 nəfər izləyici sayı ilə “На этом точка” siyasi analitik veriliş, 9 videosu və 8 min 599 baxış sayı ilə  iqtisadi mövzulara həsr edilən “Экономика дня”, 760 buraxılış və 7 min 659 baxış sayı ilə “Специальный выпуск” adlı analitik veriliş, tarixi hadisələrə həsr olunan “Белые пятна истории”, həmçinin ingilis dilində xəbərlər - “English News” və  5 min 783 nəfər izləyicisi ilə 10-cu yerdə dünyada baş verən prosesləri müzakirəli əks etdirən “Глобальная дискуссия” verilişi yerləşir.
 Məqsədimiz – hər bir tamaşaçıya özünün şəxsi fikrini formalaşdıra bilmək üçün cəld və keyfiyyətli formada informasiya təqdim etməkdir.

Top