Azərbaycanda daha bir kabel şəbəkəsi yayımçısına lisenziya verildi

04 Dekabr 2019

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Heftlik.az-ın MTRŞ-ə istinadən verdiyi məlumata görə, iclasda “Port Castle” MMC-nin abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi (İP TV) yayımı üçün lisenziya alınması barədə müraciəti müzakirə olunub.

BUNA DA BAX: Azərbaycanın məşhur kabel televiziyasında yenilik

Şirkətə müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib.

Top