Azərbaycana mobil telefon gətirilməsi çətinləşəcək - Yeni tələblər qoyulur

19 Fevral 2020

Azərbaycana mobil telefonların qaçaqmal yolu ilə gətirilməsinin qarşısını almaq məqsədi ilə yeni tənzimləmə mexanizmləri hazırlanır.

Heftelik.az-ın məlumatına görə, bunu APA-ya "Elcore" şirkətinin ölkə üzrə meneceri Kamran Əsədov bildirib.

BUNA DA BAX: MTRŞ-dən Çingiz Mustafayevin adı ilə bağlı olan radio tezliyi barədə gözləniməz qərar

K. Əsədov deyib ki, bu istiqamətdə işlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birgə aparılır:

"Bu məsələnin həlli ilə bağlı müvafiq təkliflər hazırlanır ki, məhz onların icrası mobil cihazların ölkəyə qeyri-leqal yolla gətirilməsinin qarşısını ala bilər. Əlbəttə, tam olaraq bunun qarşısını almaq mümkün deyil, çünki hər kəs xaricidə olarkən şəxsi istifadə üçün 1 və ya 2 mobil telefon gətirə bilər. Bu məsullar "boz" olsa da, qanuni sayılır".

K. Əsədov qeyd edib ki, mobil telefonların ölkəyə leqal və ya qeyri-leqal yolla gətirilməsini müəyyən etmək üçün bir sıra meyarların olması zəruri sayıla bilər. Mobil telefonların idxalına dair hazırlanan tənzimləmə mexanizmində rəsmi distribusiya sənədinin, satıcı ilə istehsalçı arasında bağlanan müqavilənin və sair sənədlərin olması tələb kimi qeyd olunur.

Şərh vermək üçün giriş edin
Top