“Twitter”də problem

27 May 2020

Dünyanın bir sıra ölkələrində “Twitter” sosial şəbəkəsinin işində nasazlıqlar müşahidə olunur.

Heftelik.az-ın xəbərinə görə, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidməti məlumat yayıb.

BUNA DA BAX: "Asan İmza" vətəndaşlar üçün ödənişsiz olacaq

Qeyd edilir ki, nasazlıqlardan ən çox Böyük Britaniya, Fransa, ABŞ, Yaponiya və Malayziyada yaşayan sosial şəbəkə istifadəçiləri şikayət edirlər.

Xidmətin məlumatına görə, istifadəçilərin bəzisi (36%) saytın işində nasazlıqların olmasından gileylənirlər. Daha 49% istifadəçi “iPhone” və ya “iPad”-ın proqramlarında problemlərlə qarşılaşıb.

İstifadəçilərin 13%-i “Android” proqramlarında sosial şəbəkəyə daxil ola bilmədiklərini bildiriblər.

Şərh vermək üçün giriş edin
Top