“Banklar əhalinin faciəsi üzərindən pul qazanır”

27 May 2021

Deputat “Banklar haqqında” qanunun yenidən müzakirəyə çıxarılması təklifi ilə çıxış edib.

Heftelik.az-ın məlumatına görə, deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən iclasında bildirib ki, bankların hesabatlılığı, şəffaflığı yoxdur.

BUNA DA BAX: Azərbaycanda dövlət satınalmaları proseduru dəyişir - Kotirovka sorğusua dair yeni tələb müəyyənləşib

. Ağamalı deyib ki, banklar əhalinin faciəsi üzərindən pul qazanır: "Bankların yol verdiyi qanun pozuntuları ilə bağlı Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində yeni maddə təsbitini tapsın. Azərbaycan xalqının üzərindən bu “Domokl qılıncı”nı götürmək üçün təsirli addımlar atılmalıdır”.

Top