Siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2021-ci il üzrə maliyyə hesabatı təqdim etməsi prosesi yekunlaşıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, dövlət qeydiyyatında olan 58 partiyadan 48-i 2021-ci il üzrə maliyyə hesabatlarını MSK-ya təqdim edib və həmin partiyaların siyahısı MSK-nın saytında yerləşdirilib.
BUNA DA BAX: Şirkət sürücüləri iş zamanı qəza törədərkən ziyanı kim ödəyəcək?
Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməli idi.
MSK bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.
Maliyyə hesabatını təqdim etməyən partiyalar aşağıdakılardır:
Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası
Müstəqil Azərbaycan Partiyası
Azərbaycan Milli Dövlətçilik Partiyası
Azərbaycan Vətənpərvərlər Partiyası
Azərbaycan Xalq Cəbhəsi Partiyası
Azərbaycan Vahid Kommunist Partiyası
Sosial Ədalət Partiyası
Azadlıq Partiyası
Haqq Ədalət Partiyası (HƏP)
Azərbaycan Yüksəliş Partiyası (AY Partiya)