"Yəqin ki, sayı çox olar" - Elman Rüstəmovdan bankların bağlanması barədə yeni anons

13 May 2020

“Mərkəzi Bankı (AMB) hələ ki, bank sektorunda tam yoxlama aparmayıb”.

Hefteik.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

BUNA DA BAX: Daha iki bankın lisenziyası ləğv edildi

E. Rüstəmov deyib ki, sektorda yalnız ilkin yoxlama aparılıb: “Tam yoxlama olsa yəqin ki, məlum 4 bank (“AGBank”, “Amrah Bank”, “Atabank” və “NBC Bank”) kimi bankların sayı çox olar. Onu da deyim ki, hazırda bankların saytlarında olan hesabatlara müəyyən qədər inanmaq olar”.

Qeyd edək ki, Mərkəzi Bankın qərarına əsasən, son bir ayda “Atabank”, “Amrahbank”, “AGBank” və “NBC Bank”ın lisenziyaları ləğv edilib.

Şərh vermək üçün giriş edin
Top