Bağlanmış banklarda qorunan əmanətlərin həcmi açıqlandı

01 İyun 2020

"Bağlanmış banklarda qorunan əmanətlərin həcmi 680 mln. manat təşkil edir. Bu bankların kredit portfeli isə 1,217 mlrd. manatdır, ADİF bu vəsaitin yığımını həyata keçirəcək".

Heftelik.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

BUNA DA BAX: Azərbaycanda bağlanmış bankların bu borcları var – SİYAHI

E. Rüstəmov deyib ki, bu vəsaitin 200 mln. manatı Əmanətlərin sığortalanması Fondunun (ADİF) vəsaitləri hesabına, 480 mln. manatı isə AMB-dən dövlət zəmanəti ilə kredit şəklində veriləcək: “Artıq Maliyyə Nazirliyinə müraciət edilib. Qısa müddətdə vəsait veriləcək”.

E. Rüstəmov onu da bildirib ki, əmanətlərin bir qismi valyutadadır və AMB bununla bağlı üzərinə öhdəlik götürüb: "Təxminən 200 mln. valyuta formasında veriləcək

Şərh vermək üçün giriş edin
Top