Azərbaycanın strateji valyuta ehtiyatları açıqlandı

30 Oktyabr 2020

Bir çox ölkədə karantin rejiminin sərtləşdirilməsi neftə tələbatın davamlı bərpasına mane olur.

Heftelik.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında bildirib.

BUNA DA BAX: Neft kəskin ucuzlaşdı

Elman Rüstəmov deyib ki, "Brent" markalı neftin orta qiyməti sentyabr-oktyabr aylarında 42 ABŞ dolları səviyyəsində olub: "İlin əvvəlindən ölkənin xarici ticarət balansı profisitli olaraq qalır. Bu da strateji valyuta ehtiyatların qorunmasına şərait yaradır. Hazırda strateji valyuta ehtiyatlarımız 50 mlrd. dollardan çoxdur və bu, ÜDM-in 100% səviyyəsini üstələyir".

O həmçinin əlavə edib ki, Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən artmaqda davam edib və artım 3,4% təşkil edib.

Top