Azərbaycanda daxili turizmi inkişafı üçün təşəbbüs

27 May 2020

Azərbaycan Turizm Assosiasiyası (AzTA) "Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri" konsepsiyasını hazırlayıb.

Heftelik.az-ın AzTA-ya istinadən verdiyi məlumata görə, karantindən sonrakı və postpandemiya dövründə daxili turizmin inkişafını sürətləndirən amillərdən bəhs edən konsepsiyada vəziyyətdən çıxış yolları üçün konkret təkliflər göstərilir.

BUNA DA BAX: "Çovdar" qızıl və gümüş yatağının resursları 47% artıb

Konsepsiya Azərbaycanda 2025-ci ilədək daxili turizmin inkişafının strateji məqsəd və vəzifələrini müəyyən edir. Konsepsiya Azərbaycanın turizm potensialının qiymətləndirilməsinə əsaslanıb. Konsepsiya ölkədə turizm sahəsinin inkişafının hüquqi, təşkilatı və iqtisadi mühitinin yaranmasına istiqamətlənib. Konsepsiya Azərbaycanda daxili turizmin inkişafını müəyyən edən sənəd olmaqla, gələcək planların, proqram və müxtəlif layihələrin həyata keçirilməsinə xidmət göstərə bilər.

Şərh vermək üçün giriş edin
Top