Əhaliyə məişət xidməti göstərən obyektlərin fəaliyyəti bərpa olundu

10 Avqust 2020

Sərt karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda əhaliyə məişət xidmətləri göstərən obyektlərin fəaliyyəti avqustun 10-u saat 00.00-dan etibarən bərpa olunub.

Heftelik.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın sərt karantin rejiminin yumşaldılması istiqamətində qəbul etdiyi növbəti tədbirlər paketinə əsasən, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində əhaliyə məişət xidmətləri göstərən obyektlərin fəaliyyətinə bu gündən icazə verilir.

BUNA DA BAX: Azərbaycanda bir gündə koronavirusa yoluxanların sayı 100-ə düşür - 5 nəfər vəfat edib

Top