Azərbaycan iqtisadiyyatına dair proqnoz dəyişdi

07 Oktyabr 2020

Dünya Bankı bu il Azərbaycan iqtisadiyyatının COVID-19 pandemiyasının fonunda 4,2% azalacağını proqnozlaşdırır.

Heftelik.az-ın Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə dərc olunmuş yenilənmiş hesabatına istinadən verdiyi məlumata görə, bu proqnoz iyun ayında verilən proqnozdan 1,6 faiz bəndi çoxdur. Hesabatda verilən məlumata görə, 2021-ci ildə ölkədə ÜDM 1,9% artacaq və bu, ötən proqnozdan 0,3 faiz bəndi azdır.

BUNA DA BAX: Azərbaycan nefti bahalaşdı

Bankın hesabatına əsasən, bədbin ssenaridə Azərbaycan iqtisadiyyatının gələn il artımı daha zəif – 1,1% səviyyəsində ola bilər.

Top