Qafqazda ilk belə zavod açılacaq

13 Noyabr 2020

"Bakı Polimer İstehsalat" MMC-yə AMEA-nın Yüksək Texnologiyalar Parkının (YTP) rezident statusu verilib.

YTP-dən Heftelik.az-a verilən məlumata görə, müəssisə streç-sarğılar istehsal etmək niyyətindədir.

BUNA DA BAX: Azərbaycanda internetə tətbiq olunan məhdudiyyət aradan qaldırıldı

İxrac və rəqabət qabiliyyətli çürüyən və çürüməyən streç-sarğı istehsalı üzrə ixtisaslaşan kompleksin yaradılması üzrə investisiya layihəsi əsasında YTP-də yaradılması nəzərdə tutulan zavod, Qafqaz coğrafiyasında 5 qat PE streç-sarğıları istehsal edən yeganə istehsalçı olacaq.

Streç-sarğılar innovasiya yönümlü olduğundan bütün sənaye, xidmət sahələrində və məişətdə əhali tərəfindən qablaşdırmada istifadə olunur.

Hüseyn Vəliyev

Top