Azərbaycan Zəngilan və Kəlbəcərdə qızıl yataqlarında qazıntı işlərinin aparılmasına dair müqavilələr imzalayıb

18 Noyabr 2020

Zəngilandakı Vejnəli və Kəlbəcərdəki Zod qızıl yataqlarında qazıntı işlərinin aparılmasına dair müqavilələr imzalanıb.

Heftelik.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə Qarabağın gələcək iqtisadiyyatına həsr olunmuş müzakirələrdə çıxışı zamanı millət vəkili Tahir Mirkişili bildirib.

BUNA DA BAX: Qafqazda ilk belə zavod açılacaq

Müqavilə "AzerGold" QSC-nin xarici bir şirkətlə birgə təsis etdiyi konsorsium tərəfindən qeyd olunan ərazilərdə qazıntı işlərinin aparılmasını nəzərdə tutur: "İşğaldan azad olunan ərazilər minalardan təmizlənəndən sonra konsorsium dərhal qazıntı işlərinin aparılmasına hazır olduğunu bildirib"

Top