Azərbaycanla Türkiyə hökumətləri arasında imzalanan Preferensial Ticarət Sazişinə əsasən, iki ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektləri cari ilin mart ayının 1-dən illik tarif kvotası çərçivəsində müəyyən olunan mallar üzrə güzəştlərdən yararlanmaq imkanı qazanıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Heftelik.az-a verilən məlumata görə, artıq sahibkarlıq subyektinin Xidmətə elektron qaydada daxil olan müraciətinə əsasən, 72 620 kq xurma məhsulunun güzəştli şərtlərlə ixracı məqsədilə ilk mənşə sertifikatı təqdim edilib.
BUNA DA BAX: Bu il Azərbaycanda gözlənilən - İNFLYASİYA
İqtisadiyyat Nazirliyi tərəfindən ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə ixrac əməliyyatlarının həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.