"Dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin sağlamlığının qorunması, qlobal pandemiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə zəruri preventiv tədbirlər müəyyən edilib, bu məqsədlə xüsusi karantin rejimi elan olunub, virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı vətəndaşların sosial izolyasiyasına xüsusi diqqət yetirilib”.

Ədliyyə Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, görülən tədbirlər çərçivəsində ölkə Prezidentinin 06.04.2020-ci il tarixli Əfv Sərəncamı ilə yaşı 65-dən yuxarı olan 176 nəfər məhkum cəzalarının çəkilməmiş hissəsindən azad olunub.

BUNA DA BAX: Daha bir MTN generalı əfv edildi

Ədliyyə Nazirliyi nəzərə çatdırıb ki, indiki pandemiya şəraitində virusa yoluxması daha ağır nəticələnə bilən həmin şəxslərin azadlığa buraxılması onların həyatlarının təhlükəsizliyi və sağlamlıqlarının qorunması, xüsusilə ailə qayğısı ilə əhatə olunmaları baxımından mühüm humanist addımdır: “Ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanan bu Sərəncamın təxirə salınmadan icrası məqsədilə Ədliyyə Nazirliyinin, o cümlədən Penitensiar xidmətin aidiyyəti məsul işçiləri azad olunan məhkumların saxlanıldığı cəzaçəkmə müəssisələrində olub, operativ zəruri sənədləşdirmə işləri aparılaraq çoxsaylı KİV və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bu humanist qərarın vaxtında və tam icrası təmin edilib”.

Qeyd olunub ki, məhkumların təhlükəsizliyi və sağlamlıqları diqqətdə saxlanılaraq, penitensiar müəssisələrdə ardıcıl, kompleks tibbi-profilaktik tədbirlər görülür, məhkumların gündəlik termometriyası, səhhətlərində hər hansı problemi olan şəxslərin dərhal müayinəsi keçirilir və zəruri müalicəsi aparılır: “Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, pandemiyanın respublikamızın müxtəlif bölgələrində yayılmasının müşahidə olunması və əfv edilən şəxslərin yaşayış yerlərinin 40-dək rayonu əhatə etməsi nəzərə alınaraq, onlar doğmalarının yanına getməzdən əvvəl ailə üzvlərinin də sağlamlıq durumu araşdırılacaq. Bu məqsədlə azad olunan şəxslər iki həftəlik istirahət mərkəzlərinin birinə yerləşdirilib və hər cür şəraitlə, o cümlədən qida və tibbi təminatla təchiz olunublar.

Əfv olunanlar mərhəmətliyinə, insanpərvərliyinə və onlara göstərilən xüsusi qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə edib, dövlət başçısının iradəsi ilə həyata keçirilən qəti tədbirlər nəticəsində xalqımızın bu ümumbəşəri sosial bəladan tezliklə qurtulacağına əminliyini bildiriblər.

Eyni zamanda, dövlətimizin humanist siyasətinin daha bir təzahürü olan məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqi üzrə tədbirlər davam etdirilir. Bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə yaradılmış Ədliyyə Nazirliyinin müvafiq Komissiyasının rəyi nəzərə alınmaqla məhkəmələrə təqdim olunmuş materiallara təxirəsalınmadan baxılıb və son günlərdə daha 60-a yaxın məhkum vaxtından əvvəl azad olunub”.

“Dövlətin dəstəyi pandemiya dövründə sosial cəhətdən zəif kontingentə yönəlib. Bəzən əmək müqaviləsi ilə işləyənlər də birdəfəlik ödəmə üçün müraciət edirlər".

Heftelik.az-ın məlumatına görə, bunu bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

BUNA DA BAX: İşsizlərin qeydiyyata alınmaları üçün elektron qaydada müraciət günləri açıqlandı - CƏDVƏL

Nazir deyib ki, ailənin bir üzvü işləyirsə, əmək haqqı alırsa, digər üzvünə bu məbləğin verilməsinə ehtiyac yoxdur: "Əgər ailənin hər hansı üzvü dövlətdən hansısa dəstək alırsa (müavinət, sosial yardım, pensiya və s.) ona birdəfəlik ödəmə verilməyəcək. Resurslardan düzgün şəkildə istifadə etməliyik. Son 2 gündə on minlərlə müraciət emal edilib".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik ödəməni almaq hüququna baxılması üçün işsiz şəxslərin qeydiyyatı ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq ölkənin şəhər və rayonları üzrə elektron qaydada müraciət günlərinin qrafikini açıqlayıb.

Nazirlikdən Heftelik.az-a verilən məlumata görə, işsiz statusuna uyğun gələn şəxslər olduqları rayon (şəhər) üzrə həmin qrafikdə göstərilən günlərdə www.e-sosial.az portalı vasitəsilə elektron qaydada müraciətlərini edə bilərlər. http://sosial.gov.az/post/3320

VBUNA DA BAX: 190 manat birdəfəlik ödəmə iki ay hansı işsizlərə veriləcək? – Nazirliyin izahı

12 aprel tarixindən etibarən bu məhdudiyyət aradan qaldırılacaq.

İnternetə əlçatanlığı olmayan vətəndaşlar isə olduqları rayon (şəhər) Məşğulluq Mərkəzlərinə işsiz kimi qeydiyyatla alınmaqla bağlı xüsusi karantin rejimi dövründə istənilən gün telefonla müraciət edə bilərlər. Rayon (şəhər) Məşğulluq Mərkəzlərinin telefon nömrələrini   http://sosial.gov.az/laq-nomrlri linkinə daxil olmaqla öyrənmək olar.

ishsiz

Prezident İlham Əliyev “Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Heftelik.az-ın məlumatına görə, sərəncama əsasən, koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 14,8 milyon manatı Maliyyə Nazirliyinə ayrılıb.

BUNA DA BAX: Azərbaycanda daha 76 nəfər koronavirusa yoluxdu – Yoluxan 717 nəfərdən 44-ü sağalıb, 8-i ölüb

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb

Top