Gömrük orqanı əməkdaşı xidmət etdiyi dövrdə maraqların toqquşmasına yol verməməli, qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.

Gömrük orqanı əməkdaşının xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi və ya yarandığı hallarda o, həmin maraqların xarakteri barədə bilavasitə rəhbərinə məlumat verməyə borcludur.