Bu ölkənin Prezidenti xəstəxanaya yerləşdirildi

14 Sentyabr 2021

Çexiya Prezidenti Miloş Zeman xəstəxanaya yerləşdirilib.

Heftelik.az-ın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Praqadakı Mərkəzi Hərbi Hospitalın nümayəndəsi İtka Zinke jurnalistlərə bildirib.

BUNA DA BAX: Nazir təlimdə həlak oldu

Onun sözlərinə görə, Çexiya dövlət başçısı təxminən bir saat əvvəl tibb müəssisəsinə yerləşdirilib.

M. Zemanın səhhəti ilə bağlı digər detallar hələlik məlum deyil.

Qeyd edək ki, 76 yaşlı M. Zeman 2013-cü ilin martından Çexiyaya rəhbərlik edir.

Top