Rusiya bu ölkəni də hədələdi

12 May 2022

Rusiya Finlandiyanın NATO-ya mümkün üzvlüyünə cavab olaraq öz milli təhlükəsizliyinə yönəlmiş təhdidlərin qarşısını almaq üçün hərbi-texniki xarakterli cavab addımları atmağa məcbur olacaq.

Heftelik.az-ın məlumatına görə, bu, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında əksini tapıb.

BUNA DA BAX: Putin səfərə çıxdı

Rusiya XİN-nin bəyanatında bildirilir ki, Rusiya tərəfi dəfələrlə qeyd edib ki, öz milli təhlükəsizliyini təmin etmək yollarının seçimi Finlandiya hakimiyyəti və xalqından asılıdır: "Bununla belə, Helsinki belə bir addımın məsuliyyətini və nəticələrini dərk etməlidir. NATO-ya daxil olmaq Rusiya-Finlandiya münasibətlərinə, Şimali Avropa regionunda sabitliyin və təhlükəsizliyin qorunmasına ciddi ziyan vuracaq. Rusiya öz milli təhlükəsizliyinə təhdidlərin qarşısını almaq üçün həm hərbi-texniki, həm də digər addımlar atmağa məcbur olacaq”.

Top