Çindəki azərbaycanlı tələbələri Türkiyə təyyarəsi gətirəcək – Çavuşoğlu

29 Yanvar 2020

Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu koronavirusla bağlı Çində qalan azərbaycanlılardan danışıb.

Heftelik.az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, M. Çavuşoğlu Qlobal Jurnalistlər Konseyinin toplantısında  deyib ki, virus yayılan bölgədə  7 azərbaycanlının olması barədə məlumatları var.

BUNA DA BAX: Azərbaycana gələn bütün insanlar koronavirusla bağlı yoxlanılır - AÇIQLAMA

Türkiyə XİN rəhbəri qeyd edib ki, yaxın vaxtlarda Türkiyədən Çinə təyyarə gedəcək  və orada qalan Türkiyə vətəndaşlarını gətirəcək: “Azərbaycanlı tələbələr də Türkiyə təyyarəsi ilə gətiriləcək. Artıq məlum məsələ ilə bağlı Rəcəb Tayib Ərdoğanla danışmışam və Azərbaycan tərəfinə də bu barədə məlumat verilib. Orada qalan azərbaycanlı tələbələr Türkiyə təyyarəsi ilə gətiriləcək”.

 

Şərh vermək üçün giriş edin
Top