Bakı-Moskva təyyarəsi quş sürüsü ilə toqquşdu

29 Yanvar 2020

Bakıdan Moskvaya uçan təyyarə məcburi eniş edib.

Heftelik.az-ın məlumatına görə, yerli vaxtla saat 20:31-də yola düşən “Azərbaycan Hava Yolları”nın J2-854 nömrəli reysinin kapitanı təyyarənin quş sürüsü ilə toqquşmasından sonra Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək barədə qərar verib.

BUNA DA BAX: Çindəki azərbaycanlı tələbələri Türkiyə təyyarəsi gətirəcək – Çavuşoğlu

Bakı vaxtı ilə 20:56-da təyyarə Bakının hava limanına uğurlu eniş edib.

AZAL-dan bildirilib ki, sərnişinlər Moskvaya başqa bir təyyarə ilə uçacaq.

tayyara

 

Şərh vermək üçün giriş edin
Top