Çin lideri Azərbaycan Prezidentinə koronavurusla mübarizdən  yazdı

25 Fevral 2020

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Heftelik.az-ın məlumatına görə,  Si Cinpin yeni tip koronavirusun səbəb olduğu epidemiya ilə əlaqədar başsağlığı məktubuna, habelə Çin hökumətinin bu epidemiyaya qarşı mübarizədə gördüyü müxtəlif tədbirlərin yüksək qiymətləndirdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirməyi özünə şərəf hesab etdiyini vurğulayıb.

BUNA DA BAX: Ərdoğan gəldi

Si Cinpin indiki məqamda Çin xalqının epidemiyaya qarşı mübarizəsinin davam etdiyini bildirib: “Çin tərəfi bu xəstəlik üzərində qələbə çalacağına əmindir və buna qadirdir. Biz beynəlxalq birliklə birgə səylər göstərməyə və qlobal ictimai səhiyyə işinə yeni töhfə verməyə hazırıq.

Sizinlə ötən ilin aprelində baş tutan görüşümüzün təəssüratları hələ də xatirimdədir. İkitərəfli münasibətlərimizin inkişafına dair tərtib etdiyimiz planlar reallaşdırılır və onların dinamik inkişafının müsbət meyli müşahidə olunur. Mən cari ildə də Çin-Azərbaycan münasibətlərinin yeni pilləyə yüksəlməsi üçün Sizinlə sıx əlaqə saxlayacağam.

Sizə möhkəm cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm”.

Şərh vermək üçün giriş edin
Top